...

İXRAC VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDU QAZAXISTANDAKI SƏRGİDƏ ÖZ HAMİLƏRİNİ TƏMSİL EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 17:55 (UTC +04:00)

Azərbaycanlı sahibkarlar Qazaxıstanda keçiriləcək neft-qaz sərgisində iştirak edəcəklər. İxracın və İnvestisiyaların Təşviqi Fondunun (İİTF) rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, Qazaxıstandakı Oil & Gas sərgisində Azərbaycanın öz stendi olacaq.

"Azərbaycanın bu sərgidə öz stendi olacaq. İİTF bu stenddə broşyuralar və İİTF-nun hamiləri Şurasının daxil olduğu, eləcə də iqtisadiyyatın neft-qaz sektorunda ixtisaslaşmış fəaliyyət göstərən Caspian Services LLC, AzTurGaz və digər şirkətlər barədə məlumatlar veriləcək ", - deyə E.Məcidov bildirib.

Oil & Gas sərgisi bu il oktyabrın 4-dən 8-nə kimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti