...

BAKIDA SƏRGİ-YARMARKALAR KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 18:16 (UTC +04:00)

Sentyabrın 10-11-də Bakıda sərgi-yarmarkalar keçiriləcək. İqtisadi İnkitşaf Nazirliyindən Trend ə verilən məlumata görə, sərgi-yarmarkalar metronun Nərimanov adına, "Gənclik" və Əzizbəyov adına stansiyalarında keçiriləcək.

Tədbirdə ölkənin rayon və şəhərlərinin əksəriyyətini təmsil edən sahibkarlığın 300-dən artıq subyekti öz mallarını və məhsullarını təqdim edəcək.

Malların satış qiymətlərinin onların bazar göstəricilərinə nisbətən aşağı olacağı planlaşdırılır.

Azərbaycan prezidentinin "Ölkədə antiinhisar tədbirlərinin gücləndirilməsi barədə " 31 may 2005-ci il tarixli fərmana əsasən, Bakı, Gəncə və Sumqayıt, eləcə də respublikanın digər iri şəhərlərinin icra hakimiyyətləri orqanlarının rəhbərləri sağlam rəqabət mühitini formalaşdırmaq məqsədilə müvafiq bələdiyyələrlə birgə hər həftə şəhərin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarından və gündəlik tələbat mallarından ibarət yarmarkalar keçirirlər.

Avqustun 27-də belə yarmarka Lənkəranda, sentyabrın 2-də Gəncədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti