...

İLİN ƏVVƏLİNDƏN ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ TƏRƏFİNDƏN TƏXMİNƏN 4 MİN NƏFƏR İŞLƏ TƏMİN EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 20:22 (UTC +04:00)

2005-ci ilin əvvəlindən əmək və əhalinin sosial müdafiəsi Nazirliyi təxminən 4 min nəfəri, o cümlədən özəl müəssisələrdə 1307 nəfəri işlə təmin edib.Nazirliyin Baş məşğulluq İdarəsində Trend ə bildirilib ki, bu, ölkənin regionlarında keçirilən əmək yarmarkaları nəticəsində mümkün olub.

İdarədə qeyd olunub ki, yarmarkaların işində 1227 müəssisə iştirak edib və 12765 iş yeri təqdim olunub.Bütünlükdə yarmarkalar çərçivəsində 19 min nəfər iştirak edib.

Bu dövr ərzində 280 nəfər hazırlıq kurslarına və təxminən 500 ictimai işə cəlb edilib.

Ümumilikdə 1997-ci ildən cari ilədək 44 min nəfərdən çox şəxs işlə təmin edilib.

Xəbər lenti

Xəbər lenti