...

ITECA CASPIAN LTD AZƏRBAYCANIN REGİONLARINDA SƏRGİLƏRİN KEÇİRİLMƏSİNİ İSTİSNA ETMİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 20:26 (UTC +04:00)

Iteca Caspian Ltd yaxın illərdə Azərbaycanın regionlarında sərgilərin keçirilməsini istisna etmir. Trend in məlumatına əsasən, sentyabrın 6-da şirkətin satış üzrə direktoru Bəhruz Hidayətzadə bu barədə bildirib.

Onun sözlərinə görə, regionlarda müxtəlif sərgilərin keçirilməsi həmin regionlarda inkişaf müşahidə edildikdən sonra mümkündür. Bu, öz növbəsində xarici şirkətlərin cəlb edilməsinə və onların yerli və xarici müəssisələrlə münasibətlər yaratmasına gətirib çıxarar.

"Ehtimal ki, 2004-2008-ci illərdə ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi regionların hazırkı vəziyyətində xeyli əks olunacaq və biz həmçinin Azərbaycanın paytaxtında olduğu kimi, regionlarda da sərgilər keçirəcəyik" -deyə Iteca Caspian Ltd.nümayəndəsi bildirib.Şirkətin sərgilərdə iştirakının dəyəri məsələsinə toxunan Hidayətzadə qeyd edib ki, sahənin bir kv metri üçün maksimal qiymət $175 dollar təşkil edir.

Iteca Caspian Ltd Britaniyanın ITE Group PLC.şirkətinin rəsmi tərəfdaşıdır.Şirkətin təşkilatçılığı ilə Azərbaycanda cari ilin sonunadək 5 sərgi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti