...

GARADAGH CEMENT ÖZ İNVESTORLARININ HÜQUQİ TƏYİNATININ OLMAMASINDAN NARAHATDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2005 15:33 (UTC +04:00)

Garadagh Cement Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) Azərbaycanda öz investorları üçün hüquqi təyinatın olmamasından narahatdır. Müəssisənin İdarə Heyətinin sədri Uve Kexlerin Trend ə verdiyi məlumata görə, məhz bu səbəbdən yeni sobanın tikintisi barədə yekun qərar 2006-cı ildən gec olmayaraq qəbul ediləcək.

Onun sözlərinə görə, yeni sobanın tikintisi layihəsi neft-qaz və kommunikasiya layihələrindən sonra ən böyüyü ola bilər. "Lakin hökumət bizim ümumi dəyəri 85 milyon dollar olan investisiya planımıza xüsusi diqqət yetirmir. Həmçinin, əks halda, Vergilər Nazirliyi müəssisəyə belə laqyed münasibət bəsləməzdi", - deyə şirkətin başçısı bildirib.

Bundan əlavə, Kenhler onu da əlavə edib ki, hazırki anda rütubətli texnologiyalar üzrə fəaliyyət göstərən sobaların 4-ü də tam gücü ilə işləyir. Köhnə sobaların yeniləşdiriməsi məsələsinə toxunan Garadagh Cement-in rəhbəri bildirib ki, bu, hökumətin nə dərəcədə əlverişli biznes iqlimi yaratmaq istəyindən asılıdır.

Xəbər lenti

Xəbər lenti