...

2006-CI İLDƏN SOSİAL PENSİYALARI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ SOSİAL MÜAVİNƏT OLARAQ ÖDƏYƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2005 15:56 (UTC +04:00)

2006-cı ildən sosial pensiyaları əmək və əhalinin sosial müdafiəsi nazirliyi sosial müavinət olaraq ödəyəcək.Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Trend ə bildirib ki, bununla bağlı olaraq büdcədən 200 mlrd. manat veriləcək.

Ə.Nağıyev həm də bildirib ki, gələn ildən ünvanlı sosial yardımın prinsiplərinin tətbiq edilməsi bu gün yeni üsuldur.Nazirin sözlərinə görə, bu gün həmin tədbirlərin gerçəkləşdirilməsi metodikası işlənib-hazırlanır, yaşama minimumu haqqında qanun qəbul edilir, normativ-hüquqi sənədlər işlənib-hazırlanır.

"Qanun və normativ aktlar prezident tərəfindən imzalandıqdan sonra bu sənədlər əsasında tədbirlərin gerçəkləşdirilməsinə başlanacaq " -deyə nazir bildirib.

Ə.Nağıyevin sözlərinə görə, belə bir sistem pensiya və müavinətlərin bölgüsünü aparacaq. "Müavinət dövlət büdcəsi hesabına maliyyələşdiriləcək, pensiyalar isə pensiya tutulmaları əsasında veriləcək və bu təklif qəbul edilib " -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti