...

ANKARADA "PEŞƏ SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ"NƏ DAİR IV BEYNƏLXALQ REGİONAL KONFRANS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 10:26 (UTC +04:00)

Noyabrın 15-17-də Ankarada "Peşə sağlamlığı və əməyin təhlükəsizliyi" mövzusunda IV beynəlxalq regional konfrans keçiriləcək. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından Trend ə verilən məlumata görə, konfrans Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Türkiyənin Əmək və Sosial Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilir.

Konfransda beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, Avropa, Balkan, Qafqaz ölkələri və Orta Asiya dövlətlərinin hökumət və sahibkarlar təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə sosial dialoq, əmək sağlamlığı və təhlükəsizlik qaydalarının öyrədilməsi, peşə xəstəliklərinin müəyyən olunma sistemlərinin inkişafı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Tədbirdə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov müzakirə olunacaq mövzu ilə bağlı məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti