...

AVTOMATLAŞDIRILMIŞ VERGİ İNFORMASİYA SİSTEMİNİN ÜÇ ALT SİSTEMİNİN İŞLƏNİB-HAZIRLANMASI ÜZRƏ İŞLƏR BAŞA ÇATDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 15:34 (UTC +04:00)

Avtomatlaşdırılmış vergi informasiya sisteminin (Avtomatlaşdırılmış Iergi Informasiya Sistemi - AIIS) üç alt sisteminin işlənib-hazırlanması üzrə işlər başa çatdırılıb. Vergilər nazirinin müavini Natiq Əmirov Trend ə bildirib ki, vergi bəyannamələrinin, vergi borclarının alt sistemləri və şəxsi uçot vərəqəsi İstambulda işlənib-hazırlanıb.

"Vergilər Nazirliyi artıq bu alt sistemlərin işinin təhlili məqsədilə bunların testləşdirilməsinə başlayıb.Beləliklə, hazırda Avtomatlaşdırılmış vergi informasiya sisteminin ilk alt sistemlərinin aprobasiyası aparılır.qərarlaşdırılmış müddətdə biz AVİS yüklənmə prosesini başa çatdıracağıq " -nazir müavini qeyd edib.

Vergilər nazirliyi Avtomatlaşdırılmış vergi informasiya sistemini AIIS 2005-ci il iyunun 23-də təqdim edib.Sistemi işləyib hazırlayanlar nazirliyin elan etdiyi tenderin qalibi olmuş Türkiyənin CiberSoft şirkətidir.

Tender 2004-cü ilin sentyabrında elan edilib, sistemin işlənib-hazırlanması 2004-cü ilin oktyabrın 1-dən başlayıb, onun başa çatması isə 52 həftədən sonra 2005-ci il oktyabrın 1-nə planlaşdırılır.Müqavilənin dəyəri $980 min təşkil edir.

AIIS özündə 23 alt sistemi, xüsusilə bəyannamələrin qəbulu alt sistemi və kamera yoxlamaları, vergi ödəyicilərindən tutulan hesabat kağızlarının uçotu, işçi qovluqlarının saxlanılması və istifadəsi, vergi hesabatlarının fakturaları ilə iş, vergi cinayətlərinin ilkin istintaqı Departamentinin işi, iri vergi ödəyiciləri ilə iş üzrə Departamentin işi və s. kimi məsələləri əhatə edir. AIIS-nin təbiqi sayəsində bütün respublika vahid vergi sistemində birləşəcək, Naxçıvan Muxtar respublikası peyk vasitəsilə təmin ediləcək.

Sistem vergi bəyannamələrini vergilər nazirliyi tərəfindən yalnız vergi sənədlərinin təsdiqində istifadə üçün vergi ödəyicisinin elektron imzası ilə təsdiqlənərək elektron şəklində almağa imkan verəcək.

Əgər vergi ödəyicisinin kompyuterə çıxışı yoxdursa, o ən yaxın vergi orqanında bunun üçün xüsusi təchiz edilmiş terminaldan yararlana bilər.

Vergi orqanları ofislərinin olmadığı rayonlarda belə terminallar ayrıca fəaliyyət göstərəcək. AIIS sayəsində vergi yoxlamaları və yoxlayanlarının obyektlərinin müəyyən edilməsi sistemi də avtomatlaşdırılacaq.

İşin səmərəliliyinin artırılması üçün həmin sistem Dövlət statistika komitəsi, Dövlət gömrük komitəsi, daxili işlər, iqtisadi inkişaf, maliyyə nazirlikləri və bankların informasiya sistemlərinə inteqrasiya ediləcək.Perspektivdə Dövlət sosial müdafiə Fondunun informasiya sisteminə də inteqrasiya mümkündür.

Vergilər nazirliyi belə bir inteqrasiyanın artıq 2006-cı il yanvarın 1-dək hazırlanmasını planlaşdırır. Hazırda həmin inteqrasiyaya həm də DGK və DİN-nin informasiya sistemləri hazırdır.

Hazırda dəftərxana, sənəd dövriyyəsi, vergi orqanlarının kadrları, vergi ödəyicilərinin qeydiyyatı və vergi orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi alt sistemləri artıq hazırdır və test rejimində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti