...

DÜNYA BANKININ MALİYYƏSİ HESABINA YARADILAN SERTİFİKATLAŞDIRMA PAYIZDA BAŞA ÇATACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 16:08 (UTC +04:00)

Iisa International və Mastercard International beynəlxalq ödəniş sistemi üzrə pressinq mərkəzi Azərbaycan Milli Bankının Milli Kart kart ödənişlərinin sertifikatlaşdırmasının sonuncu mərhələsindədir.

Milli Bankdan Trend ə verilən məlumata görə, Iisa International standartları üzrə Milli Kart-ın standartları üzrə sertifikasiyalaşması sentyabrın sonuna, Mastercard International standartları üzrə isə oktyabr-noyabr aylarında başa çatdıracaq.

MB-dan verilən məlumata görə, Mastercard International-ın sertifikatları üzrə standartlaşmanın bir qədər gecikməsinin səbəbləri ondadır ki, o, buraxılış, xidmət və maqnit və çip kartlar üzərində dərhal aparılır. Iisa Int üzrə birinci mərhələdə yalnız maqnit kartlar üzrə sertifikatlaşma, çip kartların sertifikatlaşması isə 2006-cı ildə keçiriləcək.

Hazırda Milli Kart vasitəsilə xidmət MB-nın mərkəzi aparatının əməkdaşları üçün 350 kart da daxil olmaqla 500 kartla göstərilir. Mərkəz TietoEnator şirkəti tərəfindən Dünya Bankının "Azərbaycanın maliyyə sektoruna texniki yardım" (FSTA) layihəsi üzrə 1,7 milyon dollarlıq kreditin hesabına həyata keçirilir.

Onun üçün bankomatlar və POS ternimallar Rusiyanın "Lanit" şərkəti tərəfindən göndəriləcək. 2008-ci ildə Milli Kart-ın özəl kommersiya banklarında verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti