...

DÖVRİYYƏDƏ 3,2 TRİLYON MANAT BANKNOT VƏ SİKKƏ VAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 16:38 (UTC +04:00)

Cari ilin 8 ayı ərzində Azərbaycan Milli Bankının bölüşdürülməmiş gəliri 69,278 milyard manat təşkil edib. Milli Bankdan Trend ə verilən məlumata görə, Milli Bankın kapital ehtiyatları 430, 773 milyard manat, Nizamnamə kapitalı 50 milyard manat təşkil edir. Beləliklə, AMB-nın ümumi kapitalı 550, 051 milyard manata bərabərdir.

İyulun 31-də olan vəziyyətə görə Milli Bankın aktivləri 7 547, 185 milyard manata bərabər olub ki, ondan nəqd pul borclarının payına 44, 535 milyard manat, Beynəlxalq Valyuta Fondunun əlavələri 1 176, 170 milyard manat, qiymətli kağız investisiyaları 782, 154 milyard manat, qeyri-rezident bankların vəsaitləri 4 755, 818 milyard manat, kredit təşkilatlarına tələbnamələr 352, 487 milyard manat, əlavə edilmiş faiz gəlirləri 40, 806 milyard manat, əsas vəsait 75, 909 milyard manat, qeyri-maddi aktivlər 19, 215 milyard manat, digər aktivlər 300, 092 milyard manatdır.

Azərbaycan Milli Bankının strukturunda dövriyyədə olan banknot və sikkələr 3 188, 689 milyard manatdır. Dövlət strukturları qarşısında öhdəliklər 756, 528 milyard manat, kredit təşkilatları qarşısında öhdəliklər 876, 592 milyard manat, digər hesablar 1, 009 milyard manat, buraxılmış (satılmış) qiymətli kağızlar142, 081 milyard manat, BVF qarşısında öhdəliklər 1 995, 762 milyard manat, digər maliyyə institutları qarşısında öhdəliklər 30, 388 milyard manat, əlavə edilmiş faiz gəlirləri 1, 881 milyard manat, digər öhdəliklər 4, 205 milyard manatdır.

Xəbər lenti

Xəbər lenti