...

AZƏRBAYCAN VƏ BOLQARISTAN KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ RAZILAŞMA İMZALAMAĞI PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 17:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana gözlənilən rəsmi səfəri gedişində kənd təsərrüfatı sahəsində iki razılaşmanın imzalanması nəzərdə tutulub.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, sənədlər arasında Baytarlıq və fitosanitariya sahəsində Konvensiya, eləcə də karantin və bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq üzrə razılaşma da var.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu müqavilələr artıq Bolqarıstan tərəfinə təqdim edilib. "Sənədlərin 2003-cü ildə hazırlanmasına baxmayaraq, onların imzalanması hələ baş tutmayıb", - deyə dövlət strukturundan bildiriblər.

Qeyd etmək lazımdır ki, indiyə kimi kənd təsərrüfatı sahəsində Bolqarıstan ilə hər hansı razılaşma imzalanmayıb.

Dövlət başçısının səfəri sentyabrın ikinci yarısında nəzərdə tutulub. Səfərin gedişində 10-na yaxın ikitərəfli razılaşma, həmçinin, dövlət telekanalları arasında əməkdaşlıq, turizm, idman, ikiqat vergiqoymadan yayınma və s. barədə sənədlər imzalanacaq.

Xəbər lenti

Xəbər lenti