...

MEYVƏÇİLİK SAHƏSİNDƏ TƏDQİQATLAR APARMAQ ÜÇÜN FRANSALI ALİMLƏR AZƏRBAYCANA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 18:36 (UTC +04:00)

Meyvəçilik sahəsində tədqiqatlar aparmaq üçün bir qrup fransalı alim Azərbaycana gələcək. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, Fransanın Milli Təqdiqat İnstitutunun nümayəndədələrinin Azərbaycana səfəri sentyabrın 17-ə planlaşdırılıb. "Mütəxəssislərin səfəri 10 gün davam edəcək", - deyə mərkəzdən bildiriblər.

Səfərin gedişində onlar Azərbaycanda meyvəçilik və tərəvəzçilikdə virus xəstəliklərinin vəziyyətini öyrənmək üçün Qubada və Lənkəranda meyvə bağları salacaqlar.

Bundan başqa, fransızların səfəri zamanı Milli Elmi Akademiyanın əməkdaşları üçün yuxarıda göstərilən sahələrdə virus xəstəliklərinə qarşı mübarizəyə, onların həlli yolları, müxtəlif növ avadanlıqlarla tanışlığa həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti