...

F.ƏLİYEV: AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ YALNIZ 10-12%-Nİ İXRAC EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 20:56 (UTC +04:00)

Azərbaycan ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının yalnız 10-12%-ni ixrac edir. Trend in məlumatına əsasən, sentyabrın 8-də bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı mməhsullarının ixrac potensialı daha çoxdur. "Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı adambaşınayalnız $24 düşür" -deyə nazir qeyd edib.

Öncə nazir bildirmişdi ki, bütünlükdə Azərbaycanda adambaşına ixrac $900 düşür.Beləliklə, kənd təsərrüfatı məhsullarının ixracı məhsulun ümumi ixracının 2,67%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti