...

F.ƏLİYEV: AZƏRBAYCANDA İNVESTİSİYA MÜHİTİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ DAİM ADDIMLAR ATILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2005 11:12 (UTC +04:00)

"Ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində daim addımlar atılır". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının ölkədə aparılan investisiya siyasətini tənqid etməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

"AYİB-nin azərbaycanlı nümayəndəsinin bəyanatında bizim monopolizm və digər sahələrdə qaldırdığımız məsələr öz əksini tapıb. Biz investisiya mühitini yaxşılaşdırmaq üçün bu problemləri həll etməyə çalışırıq.

Xarici maliyyə institutlarının bu prosesdə iştirakı böyük investisiya axınına səbəb olacaq ki, bu da öz növbəsində yeni iş yerlərinin açılmasına imkan verəcək.

Bu problemlərin həlli Azərbaycanın iş adamları üçün də vacibdir və biz bu istiqamətdə tədbirlər görürük", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti