...

BAKIDA AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMU KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2005 12:43 (UTC +04:00)

Sentyabrın 26-da Bakıda "Avropa" otelində Azərbaycan-Almaniya biznes forumu keçiriləcək. Bu barədə Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqından (AAİYİ) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, bununla əlaqədar, sentyabrın 25-də Almaniyanın Badenvürtenvurq vilayətinin 15-ə yaxın iş adamından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Forumda iş adamları arasında əlaqələrin yaradılması, Azərbaycanla Badenvürtenvurq vilayəti arasında iqtisadi-ticari əlaqələrinin qurulması və s. bu kimi digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, Almaniya iş adamlarının Azərbaycana səfəri Badenvürtenvurq vilayətinin Sənaye-Ticarət Palatası və AAİYİ-nin təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti