...

İLİN ƏVVƏLİNDƏN 67 EMİTENTİN 79 SƏHM BURAXILIŞI QEYDƏ ALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2005 17:04 (UTC +04:00)

2005-ci ilin 8 ayı ərzində 67 emitentin 79 səhm buraxılışı qeydə alınıb. Trend in verdiyi məlumata görə, sentyabrın 9-da Qiymətli kağızlar Üzrə Dövlət Komitəsinin (QKDK) rəhbəri Heydər Babayev keçirdiyi mətbuat konfransında bu barədə bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində qısamüddətli istiqrazların yerliəşdirilməsi üzrə 11 hərrac keçirilmiş, səhmlərin 47 buraxılışı kütləvi təklif üsulu ilə, 32 buraxılış qapalı yerləşdirmə üsulu ilə yerləşdirilmişdir.

Ümümiyyətlə indiyədək qısamüddətli istiqrazların yerliəşdirilməsi üzrə 11 hərrac keçirilib. (Ötən il bu göstərici 4 idi). "Emissiyaların ümumi həcmi 310 mlrd. manat, faktiki yerləşdirilmiş istiqrazların həcmi isə 124,1 mlrd. manat təşkil edirdi. 2004 -cü ilin analoji göstəriciləri 80 mlrd. manat və 80 mlrd. manat təşkil edib"-deyə H.Babayev bildirib.

O, həmçinin qeyd edib ki, bu dövr ərzində QKDK tərəfindən Azərbaycan Milli Bankının 1 trln. manat məbləğində qısamüddətli notlarının 2 emissiya prospekti qeydə alınmaqla yanaşı, Bakı Fond birjasında keçirilmiş hərraclarda yerləşdirilmiş qısamüddətli notların həcmi 447,3 mlrd. manat təşkil etmişdir. Qısamüddətli notlar üzrə orta gəlirlilik 6,7% təşkil edib.

Bundan başqa, QKDK rəhbəri onu da bildirib ki, cari ilin 8 ayı ərzində ölkədə hüquqi və fiziki şəxslər tərəfindən 53 veksel buraxılmışdır ki, onların 14,85 mlrd. manatı ABŞ dolları olduğu halda avro ilə əməliyyat qeydə alınmamışdır.

"Xarici valyuta ilə buraxılan veksellərin məbləği 2004 -cü ilə nisbətən ABŞ dolları üzrə 19,8 dəfə artmışdır" -deyə H.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti