...

MALİYYƏ NAZİRLİYİ DQİ HƏRRACI ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2005 14:10 (UTC +04:00)

Azərbaycan maliyyə nazirliyi Dövlət qısamüddətli istiqrazların (DQİ) 11 emissiyasının yerləşdirilməsi üzrə hərrac elan edib.Bakı fond birjasında Trend ə bildirilib ki, hərracların mövzusu 10601208S dövlət qeydiyyat saylı DQİ olacaq.Emissiyaların ümumi həcmi 20 mlrd. manat, dövriyyə müddəti - 123 gün, ödənmə tarixi isə 16 yanvar 2005-ci il olaraq qeyd olunur.Hərrac sentyabrın 15-də keçiriləcək.

Beləliklə, cari ildə maliyyə nazirliyi ümumilikdə 330 mlrd. manat olan DQİ buraxıb ki, bu da , cari ildə qiymətli kağızlar üzrə Dövlət komitəsində qeydiyyata alınmış DQİ buraxılışı həcminin (400 mlrd. manat) 82,5%-ni təşkil edir.Amma maliyyə nazirliyi buraxılmış DQİ-nin ümumi həcmindən (onuncu emissiya da daxil olmaqla) yalnız 131,044 mlrd. manat həcmində yaxud 39,71% DQİ yerləşdirib.

Xəbər lenti

Xəbər lenti