...

YANVAR-AVQUST AYLARINDA DƏMİR YOLU İLƏ TƏXMİNƏN 9 MLN TON NEFT MƏHSULU DAŞINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2005 14:34 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust aylarında Azərbaycan dövlət dəmiryol idarəsi tərəfindən 8,749 mln ton neft məhsulu daşınıb. ADDİ-dən Trend ə verilən məlumata görə, bu, 2004-cü ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.

Lakin Bakı-Batumi marşrutu ilə Qazaxıstanın neft məhsullarının daşınma həcmi iyul a yı ilə müqayisədə 200 min ton azalıb. Bunun səbəbi Qazaxıstanın Ekologiya Nazirliyinin tətbiq etdiyi sanksiyalar nəticəsində ölkənin bir sıra yataqlarında neft hsilatının azalması ilə bağlıdır.

Lakin buna baxmayaraq, Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti və ExxonMobil şirkəti tərəfindən neftin dəmir yolu ilə Batumiyə qədər nəql olunması hesabına daşınmanın həcmi saxlanılıb.

Göstərilən dövr ərzində ADDİ 11,807 min ton həcmində müxtəlif yüklərin daşınmasını həyata keçirib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 29% çoxdur. 2005-ci ilin yanvar-avqust aylarında 810,7 vaqon yüklə doldurulub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 28,5% çoxdur.

Xəbər lenti

Xəbər lenti