...

TÜRKİYƏ AUDİTORLARININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIDADIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2005 17:26 (UTC +04:00)

Sentyabrın 12-də TURMOB (Türkiye Serbest Muhasebeci Mali Müşavirler ve Yeminli Mali Müşavirler Odalari Birliği) təşkilatının nümayəndələrinin simasında Türkiyə auditorlarının nümayəndə heyəti Bakıya gəlib. Azərbaycanın Auditor Palatasından (AP) Trend ə verilən məlumata görə, nümayəndə heyətinin səfəri on gün davam edəcək.

AP-dan bildiriblər ki, sentyabrın 13-də nümayəndə heyəti AP-nin rəhbəri Vahid Novruzovla görüşəcək. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, imzalanacaq niyyət protokoluna əsasən tədbirlərin həyata keçirilməsi müzakirə olunacaq.

Türk auditorlarının səfəri çərçivəsində audit sahəsində Türkiyənin təcrübəsini öyrənmək məqsədilə seminar da keçiriləcək. TURMOB və AP arasında niyyət protokolu cari ilin aprelində Antalyada imzalanıb.

Xəbər lenti

Xəbər lenti