...

AZƏRBAYCAN MDB-YƏ ÜZV OLAN ÖLKƏLƏRİN MALİYYƏ NƏZARƏTİ ALİ ORQANLARI ŞURASI RƏHBƏRLƏRİNİN II SESSİYASINDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2005 17:48 (UTC +04:00)

Azərbaycan MDB ölkələrinin maliyyə nəzarəti ali orqanları Şurasının (MNAO) növbəti II sessiyasında iştirak edəcək. Azərbaycanın Hesablama Palatasından (HP) Trend ə verilən məlumata görə, sentyabrın 13-də Kişinyovda başlayacaq tədbirdə HP-nın sədri Namik Nəsrullayevin sədrlik edəcəyi nümayəndə heyəti iştirak edəcək.

Sessiyanın işində Ermənistan, Belorus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikstan və Ukraynanın MNAO-ı iştirak edəcək. Tədbirə Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa və Estoniyanın MNAO-nın nümayəndə heyətləri də dəvət edilib.

Sentyabrın 16-da başa çatacaq sessiyada müzakirə olunacaq əsas mövzu büdcə qanunvericiliyi və dövlət vəsaitləri üzrə idarəetmə orqanları üçün dövlət gəlirlərinin əhəmiyyəti, büdcə dövründə ali nizamlayıcı orqanların rolu, maliyyə nəzarətinin həyata keçirilməsi üsulları və nəzarət-auditor fəaliyyəti nəticəsində əldə olunan səmərəlilik və digər məsələlər müzakirə oldunacaq.

HP-dan bildiriblər ki, analoji məsələlər Bonnda keçiriləcək Avropa ölkələrinin ali auditor orqanlarının (EUROSAI) II konqresində də müzakirə olunacaq. Həmin konqresdə HP-nın nümaynədə heyətimiz iştirak edəcək.

Sessiyanın işinin nəticələri üzrə MDB ölkələrində qətnamənin qəbul ediləcəyi də nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, MDB-nin üzvü olan ölkələrin MNAO-nın rəhbərləri Şurası 2000-ci ildə bu sahə üzrə təcrübə mübadiləsi və dövlət maliyyə nəzarəti sahəsində koordinasiya fəaliyyəti və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti