...

AZƏBAYCANDA 4200 TONA YAXIN TÜTÜN YARPAĞI YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2005 18:13 (UTC +04:00)

İlin əvvəlindən Azərbaycanın regionlarında 4183 ton tütün yarpağı yığılıb. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Əli İsmayılovun Trend ə verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1200 ton çoxdur.

Onun sözlərinə görə, 2005-ci ildə tütün yarpağı istehsalı 8 min ton həcmində proqnozlaşdırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1300 ton çoxdur.

Tütün yarpağı əsas etibarilə Şəki-Zaqatala iqtisadi raoynlarının ərazisində istehsal olunur ki, buraya Zaqatala, Şəki, Qax, Qəbəl və Balakən rayonları daxildir.

Qeyd etmək lazımdır ki, cari ildə tütünün ümumi əkin sahəsi 3 min hektara yaxın təşkil edib ki, onun yığımı oktyabrda başa çatacaq.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, ötən il ölkədə tütün yarpağının istehsalı 6500 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti