...

DÜNYA BANKININ NƏQLİYYAT MİSSİYASI AZƏRBAYCANA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 13:00 (UTC +04:00)

Sentyabrın 26-da Dünya Bankının nəqliyyat üzrə missiyasının Bakıya gələcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən xəbər verilib. Səfərin məqsədi nazirliyin rəhbərliyi ilə nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində həyata keçirilmiş işlər, islahatlar və avtomobil yollarının tikintisi üzrə müzakirələrin aparılmasıdır.

Nazirlikdə qeyd ediblər ki, Ələt-Astara avtomagistralının tikintisi və bərpası layihəsi də müzakirəyə çıxarılacaq. Bu layihənin həyata keçirilməsinə 400 mln dollar tələb olunur. 300 mln dollar Dünya Bankı, qalan məbləğ isə Azərbaycan ($60 mln) və İran ($40 mln) tərəfindən ayrılacaq. İİR tərəfi artıq layihənin həyata keçirilməsi üçün 40 mln dollar həcmində kredit ayırmağa razılıq verib.

Ələt-Astara magistralının uzunluğu 243 km-dir.

Xəbər lenti

Xəbər lenti