...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI VƏ AVROPA BİRLİYİ NƏQLİYYAT VƏ ENERGETİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ETMƏYİ PLANLAŞDIRIRLAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 13:58 (UTC +04:00)

"Mən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) ciddi və möhkəm bir təşkilata çevrilməsi üçün Avropa Komissiyasının və Avropa Birliyinin təcrübəsini fəal şəkildə və diqqətlə öyrənməsinin tərəfdarıyam.

Çünki QİƏT -nın konkret nəticələr verən təşkilata çevrilməsi üçün islahatlara və inkişafa ehtiyacı var ". Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev sentyabrın 13-də ekskluziv olaraq Trend ə məlumat verib.

Onun sözlərinə görə, yunan tərəfinin təşəbbüsü ilə QİƏT və Avropa Birliyinin ekspertləri bu ay Afina yaxınlığında görüş keçiriblər.

"Hazırda bu təşkilatlara arasında münasibətlərin inkişaf etməsi üçün çox yaxşı şərait var. Həmçinin, bu yaxınlardakı görüş zamanı həm Avropa Birliyi, həm də QİƏT tərəfindən bir sıra təkliflər irəli sürülüb. Hesab edirəm ki, QİƏT və AB-nin əməkdaşlığı məsələsi inkişaf edəcək və konkret nəticələr verəcək ", - deyə nazir müavini bildirib.

Əgər zərurət yaranarsa, bu təşkilatların əməkdaşlığını tənzimləyən sənəd qəbul edilə bilər ki, bu da konkret fəaliyyətin reallaşdırılması planını və onun istiqamətlərini müəyyən etməyə imkan verər. "Müvafiq komitələrin və altkomitələrin yaradılması perspektivdir.

Bu gün isə əməkdaşlığın sferasını müəyyən etmək lazımdır. Hazırda onlardan bəzilərinin artıq öz konturları (energetika, nəqliyyat sahəsində və s.) mövcuddur. Hazırda bu məsələlər ümumiləşdirilir və dəqiqləşdirilir ", - deyə sonda M.Məmmədquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti