...

ATALIZING İSTİQRAZLARININ QİYMƏT DƏRƏCƏLƏRİ 0,22% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 16:11 (UTC +04:00)

AtaLizing lizinq şirkətinin ilk istiqrazlarının qiymət dərəcələri artmaqda davam edir. Bakı Fond Birjasından (BFB) Trend ə verilən məlumata görə, BFB şirkətin istiqrazları üzrə beşinci sövdələşmə aparılıb.

Bu dəfə bir istiqrazın qiyməti nominaldan 100,43% təşkil edib. İkinci hərrac keçirilərkən 100,07%, üçüncü hərrac zamanı 100,07%, dördüncü hərrac zamanı isə 100,21% təşkil etmişdi.

Beləliklə, sonuncu hərracdan bəri AtaLizing istiqrazlarının qiyməti 0,22 faiz bəndi ilə artıb. 200100517P dövlət qeydiyyat nömrəsi ilə buraxılan istiqrazlar nominal üzrə 12 000 dollar olub ki, hazırda bu həmin qiymətli kağızların ən iri sövdələşmə hesab olunur. Beləliklə, indiki anda yerləşdirilməmiş istiqrazların qalığı 481,5 min dollar təşkil edir.

İstiqrazların emissiyalarının ümumi həcmi 500 min dollardır. Qiymətli kağızların bu növünün gəlirliliyi 13% təşkil edir, dövriyyə müddəti iki ilə bərabərdir.

Xəbər lenti

Xəbər lenti