...

"KAPİTAL BANK" SC SƏHMDARLARININ NÖVBƏDƏNKƏNAR YIĞINCAĞI KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2005 19:09 (UTC +04:00)

Sentyabrın 14-də "Kapital bank" SC-də AR maliyyə naziri Əvəz Ələkbərovun sədrliyi ilə səhmdarların növbədənkənar yığıncağı və Müşahidə Şurasının iclası keçirilib.Bu barədə Trend ə maliyyə nazirliyinin mətbuat xidmətində bildirilib.

Səhmdarların ümumi yığıncağında "Kapital Bank" SC-nin yeni redaksiyada nizamnaməsi və idarəetmə orqanlarının əsasnamələri müzakirə edilərək təsdiq edilib, Bankın Audit Komitəsi yeni tərkibdə formalaşaraq seçilib, nizamnamə kapitalının həcmi artırılıb, Milli Bankın inspeksiya qrupunun hesabatı dinlənilib.Yığıncaqda həmçinin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilərək Maliyyə nazirinin müavini Azər Bayramov yeni sədr seçilib.

Müşahidə Şurasının iclasında Bankın depozitləri üzrə yeni faiz dərəcələri müəyyənləşdirilib, "Kreditləşmə qaydaları" təsdiq edilib.Həmçinin Əli Bayramlı şəhər 1 saylı filialın fəaliyyətinə xitam verilməsi qərara alınıb.

Aparılmış müzakirələr zamanı Milli Bankın inspeksiya qrupunun hesabatı ilə bağlı olaraq geniş fikir mübadiləsi aparılıb, Bank rəhbərliyinə bir sıra tapşırıqlar və tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti