...

AZƏRBAYCAN VƏ FİNLANDİYA İŞ ADAMLARI ARASINDA 2 TƏRƏFLİ SAZİŞLƏR İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 10:50 (UTC +04:00)

Sentyabrın 29-30-da Bakıda "Hyatt Regency" otelində Azərbaycan-Finlandiya iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, forumda Finlandiya tərəfi neft-qaz, tikinti, təbii içkilərin istehsalı və s. sahələrdə fəaliyyət göstərən 25-ə yaxın iş adamı ilə təmsil olunacaq.

Tədbirdə Azərbaycan tərəfindən isə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət gösətərən 65-ə yaxın iş adamının iştirak edəcəyi gözlənilir.

Forumun keçirilməsində əsas məqsəd ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsindən və iş adamları arasında əməkdaşlığın yaradılmasından ibarətdir. Forumun yekunu olaraq iş adamları arasında 2 tərəfli sazişlər imzalanacaq.

Xəbər lenti

Xəbər lenti