...

YAŞIL ÇAY YARPAĞININ YIĞIMI 956 TON TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 14:21 (UTC +04:00)

Sentyabrın 8-ə olan məlumata görə, ilin əvvəlindən Azərbaycanda yaşıl çay yarpağının yığımı 956 ton təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsindən Trend ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 34 ton çoxdur.

Cari ildə çay əkinini ümumi sahəsi 3660 hektar təşkil edib. Hazırda regionlarda yığım davam edir.

Nazirlikdən bildiriblər ki, ümumilikdə cari il ərzində yaşıl çay yarpağının yığımının proqnozu 1100 ton təşkil edir ki, bu da ötər illə müqayisədə 52 ton çoxdur.

Azərbaycanda çay Lənkəran, Astara, qismən Masallı, Zaqatala və Lerik kimi regionlarda yetirşdirilir.

Xəbər lenti

Xəbər lenti