...

ASİYA BANKININ SEL ƏLEYHİNƏ LAYİHƏSİ ÇƏRÇİVSƏİNDƏ TƏDARÜKƏ BAŞLANILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 17:35 (UTC +04:00)

Amerikanın Luis Berger şirkəti konsorsiumu və Azərbaycanın ASPI şirkəti Asiya İnkişaf Bankının (AİB) "Azərbaycanın seltəhlükəli çaylarında sahil möhkəmləndirici işlər" kredit layihəsi çərçivəsində ilk tədarükə başlayıb.

ASPI Consulting Engineers Inc şirkətində Trend ə bildirilib ki, artıq Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunda Araz çayında sahil möhkəmləndirici işlər üzrə yerli hərraclar elan edilib.

"Konsorsium çalışır ki, çox qısa müddətdə layihənin digər üç zonasında - Astara, Qusar, Şəki-Zaqatala (sonuncuda işlərin əsas həcmi yerinə yetiriləcək) - tədarük aparılması üçün sənədləşdirməni hazırlamağı başa çatdırsın" -deyə şirkətdə bildirilib.

Müqavilənin konsorsium tərəfindən gerçəkləşdirilməsinə iyunun 6-dan başlanılıb.2 ilə hesablanmış müqavilənin dəyəri $2 mln.təşkil edir. L.Berger/ASPI hazırlıq tədbirləri keçirəcək, TİƏ-nin detallarının hazırlayacaq, tikinti işlərinin idarəsi üçün monitorinq həyata keçirəcək.

Layihənin büdcəsi $29,35 mln. təşkil edir.Bankın direktorlar şurası 2003-cü il dekabrın 19-da onun gerçəkləşdirilməsi üçün $22 mln. həcmində kredit verilməsini bəyənib.

Layihədə hökumətin payı $7,35 mln.təşkil edir.AİB-nin krediti 8 illik möhlətlə 32 il müddətinə və illik 1% faiz dərəcəsi 7 il güzəştlə və vaxtının bitməsi üzrə 1,5% ilə verilir.Layihənin gerçəkləşdirilməsi 2008-ci ilin martında başa çatmalıdır.

Layihə ölkənin 76,8 min hektarlıq sahədə 215,3 min nəfər əhalisi, 5 şəhəri və 43 kəndi olmaqla 12 rayonunu əhatə edir.Layihə çərçivəsində nazirliklərin və təşkilatların buna cəlb edilməsi potensialının artırılması üçün tədbirlər nəzərdə tutulub.

Layihənin ölkə üçün iqtisadi və ekoloji nöqteyi-nəzərdən əhəmiyyəti vardır.Layihə Ağsu, Astara, Balakən, Qəbələ, Qax, Göyçay, İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Qusar rayonlarında və NMR-nin Şərur rayonunda gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti