...

AZƏRBAYCANDA ÜZÜM YIĞIMI 10,7% ARTIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 20:34 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 27 min ton üzüm yığılıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 107,7% çoxdur. AR kənd təsərrüfatı nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Elbrus Xəlilov Trend ə bildirib ki, bu il üzüm istehsalındakı artım regionlarda xüsusi müşahidə olunur.

Azərbaycanın müxtəlif regionlarında yeni plantasiyaları nəzərdə tutan 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən, hər il Xanlar, Cəlilabad, Şamaxı rayonlarında 100-150 hektar sahədən ibarət yeni üzümlüklərdə Fransadan gətirilmiş yeni üzüm növləri əkilir.Bundan başqa, Abşeron rayonunda 15 hektar ümumi sahədə üzümün 200 növündən ibarət kolleksiya üzümlükləri salınıb.

Onun sözlərinə görə, cari ildə Azərbaycanda üzüm məhsulunun yığımı 70 min ton həcmində proqnozlaşdırılır ki, bu da ötən ilin məhsul yığımından 15 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti