...

ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI QANUN LAYİHƏSİ OKTYABRDA AZƏRBAYCAN PREZİDENTİNƏ TƏQDİM OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2005 12:36 (UTC +04:00)

"Azərbaycanda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanun layihəsinin idarələrarası müzakirəsi artıq son mərhələdədir. Azərbaycan Milli Bankının idarə heyətinin üzvü, yuyulmaya qarşı tədbirlərin görülməsi üzrə idarələrarası qrupun rəhbəri Rüfət Aslanlının Trend ə bildirdiyinə görə, işçi qrupu qanun layihəsini prezidentə oktyabrda təqdim etməyi planlaşdırır.

"Qanun layihəsi yuyulmaya qarşı mübarizə elementi olan Antikorrupsiya proqramının həyata keçirilməsi çərçivəsində işlənib hazırlanır. Bu proqram üzrə qanun layihəsi 2005-ci ilin sonuna kimi qəbul olunmalıdır", - deyə o qeyd edib.

ABŞ-ın Ədliyyə Nazirliyi, Avropa Şurasının çirkli pulların yuyulması (Money val) və terrorizmin maliyyələşdirilməsi üzrə Ekspert qrupu və BMT-nin mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi (UNODS) ilə mübarizə üzrə departamenti tərəfindən qanun layihəsinə müsbət rəy verilib.

2003-cü ildə Nazirlər Kabineti yanında 13 idarənin nümayəndələrindən yaradılmış "Azərbaycanda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanun layihəsi üzrə idarələrarası işçi qrupu mayın 21-də qanun layihəsinin razılaşdırılmasını başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti