...

2006-CI İLDƏ AZƏRBAYDJANDA ÜMUMİ DAXİLİ MƏHSUL 15,862 MLRYD. DOLLARDAN AZ OLMAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2005 13:55 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi dünən Nazirlər Kabinetinə ölkənin 2006-cı ildə sosial-iqtisadi inkişafının proqnozları layihəsini və 2009-ci il də daxil olmaqla inkişaf konsepsiyasını təqdim edib.

Nazirlər Kabinetindən Trend ə verilən məlumatagörə, Nazirlik ümumi daxili məhsulun (ÜDM) həcminin 14,42 milyrd denominasiya olunmuş manatla (təxminən 15,862 mlyrd. dollar və ya 72,1 trilyn. qüvvədə olan manatla) proqnozunu təklif edib.

"ÜDM artımı 30,5% səviyyəsində proqnozlaşdırılır.Bu zaman sənaye istehsalının artımı 46,7% nəzərdə tutulur. ÜDM-un strukğturunda sənayenin payı (7,074 mlryd. denominasiya olunmuş manatla) gözlənildiyinə görə 49,1% təşkil edir", - deyə Nazirldər Kabinetindən bildiriblər.

2006-cı ildə dolların orta kursu 4500 qüvvədə olan manat və ya 0,9 denominasiya olunmuş manat səviyyəsində proqnozlaşdırılır. Sentyabrın 12-də Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2006-cı il üzrə büdcə layihəsini təqdim edib.

Layihəyədə büdcənin gəlirləri 3,3 milyard denominasiya olunmuş manatla və məxaricləri isə 3,458 mlryd. denominasiya olunmuş manatla göstərilib. Büdcənin kəsiri 158 milyn. denominasiya olunmuş manat göstərilib

Bundan əlavə, İqtisadi İnkişaf Nazirliyi gələn il ölkədə xarici mal dövriyyəsinin kəskin şəkildə artacağını proqnozlaşdırıb. Azərbaycanın Nazirlər Kabinetindən bildiriblər ki, Nazirlik xarici mal dövriyyəsini 11,812 mlryd. dollar səviyyəsində proqnozlaşdırır.

İİN həmçinin, 2006-cı ildə ölkədə kapital yatırımlarının yüksək səviyyəsini proqnozlaşdırıb. Belə ki, Nazirlik investisiyaların 5,434 mlryd. dominasiya olunmuş manat (5,977 mlryd. dollar) olacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti