...

TÜRKİYƏ TİFLİS-QARS DƏMİR YOLUNUN TİKİNTİSİ ÜZRƏ KREDİTİN ALINMASI ÜÇÜN GÜRCÜSTANA ZƏMANƏT VERƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2005 13:27 (UTC +04:00)

Türkiyə Tiflis-Qars dəmir yolunun tikintisi üzrə kreditin alınması üçün Gürcüstana maliyyə zəmanəti verəcək.

Trend in Türkiyənin kütləvi informasiya vasitələrinə istinadən xəbər verdiyi kimi, bu məsələ Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirlərinin sentyabrın 19-da İstambulda görüşləri zamanı müzakirə olunacaq.

Məlumatda, həmçinin, o da qeyd olunur ki, kredit qabiliyyətinin aşağı reytinqi ilə əlaqədar Gürcüstan tərəfi sərfəli faiz dərəcələri ilə kredit ala bilmir və Türkiyənin nəqliyyat naziri Binəli İldırım bu məsələni həll etmək niyyətindədir.

Bununla əlaqədar olaraq B.İldırım Gürcüstan tərəfə "Ankaranın vasitəçiliyi ilə kredit almağı təklif edəcək ki, bu da Türkiyənin dünya maliyyə bazarında mövqeyinin güclənməsi ilə əlaqədar heç bir çətinlik törətməyəcək". Eyni zamanda Azərbaycan da Gürcüstana maliyyə yardımı göstərəcək.

Kredit alındıqdan sonra tərəflər arasında ödəmə planı üzrə protokol imzalanacaq.

Məlumatda bildirilir ki, Türkiyə tərəfi bu marşruta böyük əhəmiyyət verir, belə ki, bu dəmir yolu mal və xidmətlərin Avropadan Orta Asiya və Çinə daha əlverişli yollarla nəql olunmasına şərait yaradacaq.

Dəyəri 252,7 mln dollar olan dəmir yolunun tikintisi "siyasi və maliyyə problemləri" ilə əlaqədar 13 il təxirə salınmışdı. Layihənin həyata keçirilməsinə Türkiyə 200 mln, Gürcüstan isə 52,7 mln dollar vəsait qoyub.

Xəbər lenti

Xəbər lenti