...

AZƏRBAYCANLI MÜTƏXƏSSİS KƏND TƏSƏRRÜFATI ÜZRƏ BEYNƏLXALQ TRENİNQLƏRDƏ İŞTİRAK EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2005 13:18 (UTC +04:00)

Azərbaycan nümayəndəsi kənd təsərrüfatı üzrə beynəlxalq təlim kurslarında iştirak edir. Kənd Təsərrüfatı Nazirliyinin elmi aqrar mərkəzindən Trend ə verilən məlumata görə, tədbir sentyabrın 19-da Daşkənddə başlanıb.

Mərkəzdə onu da bildiriblər ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinin təkmilləşdirilməsinə həsr olunmuş təlim kurslarında Tərəvəzçilik institutunun Tovuz Təcrübə stansiyasının əməkdaşı Abbasov Arzu iştirak edir.

Treninqlərin təşkilatçısı quraq rayonlarda beynəlxalq kənd təsərrüfatı araşdırmalar mərkəzi ICARDA-dır (International Center for Agricultural Reseach in the Dry Areas).

Nümayəndənin bu kurslarda iştirakı ICARDA tərəfindən maliyyələşdirilir.

Treninqlər, xüsusilə tərəvəz və dənli bitkilərin məhsuldarlığının artırılması, kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarının saxlanılması, ətraf mühitin qorunması, toxumların quraqlığa davamlı növlərindən istifadənin mmümkünlüyü məsələlərinə həsr olunub.

Tədbir sentyabrın 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti