...

QAZAXISTANDAKI SƏRGİDƏ AZƏRBAYCAN ŞİRKƏTLƏRİ DƏ İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2005 18:06 (UTC +04:00)

Oktyabrın 4-7-də Almatıda 13-cü beynəlxalq neft-qaz sərgisi keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov Trend ə müsahibəsində bildirib. Onun sözlərinə görə, sərgidə fondla yanaşı 4 Azərbaycan şirkəti də iştirak edəcək.

Bununla bağlı sərgidə ilk dəfə olaraq Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Almatıda keçirilən bu sərgi hər il Bakıda təşkil olunan "Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası-2005" sərgisindən həm sahəsinə, həm də iştirakçıların sayına görə təqribən 4 dəfə böyükdür.

Qeyd edək ki, bu il iyunun əvvəlində Bakıda keçirilmiş 12-ji Beynəlxalq "Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası-2005" sərgisində dünyanın 29 ölkəsindən 331 şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti