...

BAKIDA GƏMİLƏRİN RUSİYANIN DAXİLİ SULARINDAN KEÇMƏSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2005 18:07 (UTC +04:00)

Trend bildirir ki, gəmilərin RF daxili sularından keçməsi məsələsi sentyabrın 20-də Qara dəniz hövzəsi gəmi sahiblərinin beynəlxalq assosiasiyası (BİNSA) şurasının Bakıda keçirilən ikigünlük 7-ci növbədənkənar iclasında müzakirə olunub.

BİNSA-nın prezidenti, Azərbaycan dövlət dəniz gəmiçiliyi idarəsinin (KASPAR) sədri Aydın Bəşirov qeyd edib ki, Azərbaycan hökuməti KASPAR-ın gəmilərinin Volqa-Don kanalından keçməsinə icazə alınması üçün fəal iş aparır.

"Hazırda bu məsələ üzrə danışıqlar aparılır.Biz gələcəkdə assosiasiyanın bütün üzvlərinin kanalı hər-hansı maneə olmadan keçməsi üçün məsələ qaldırmaq istəyirik.Ukraynadan İranın və Bakının limanlarına çoxlu metal gətirilir, belə ki, kanal nəinki KASPARın gəmiləri üçün, eləcə də assosiasiyanın üzvü olan digər gəmilər üçün də bağlıdır.Biz assosiasiya adından RF nəqliyyat nazirliyinə müraciət etmək niyyətindəyik" -deyə o qeyd edib.

A.Bəşirov həm də qeyd edib ki, gəmilərin Azərbaycan, Ukrayna və digər ölkələrin bayrağı altında bu sulardan keçməsini istəməyən maraqlı şəxslər də vardır. "Ona görə ki, Azərbaycan üçün bizim gəmilərlə yüklərin bu kanal ilə daşınması sifarişçilərimizə çox ucuz başa gəlir" -deyə KASPAR-ın sədri bildirib.

İclas çərçivəsində assosiasiyanın tərkibinin genişləndirilməsi, buraya digər dövlətlərin cəlb edilməsi kimi məsələlər müzakirə olunur. A.Bəşirov qeyd edib ki, həmçinin assosiasiyanın Beynəlxalq dəniz təşkilatına daxil olması məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti