...

VERGİLƏR NAZİRLİYİ VERGİ DAXİLOLMALARININ STRUKTURUNU AÇIQLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2005 11:05 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust aylarında vergi daxilolmaları 4 363 983,2 mln manat təşkil edib. Vergilər Nazirliyindən Trend ə verilən xəbərə görə, bu, 4 347 326 mln manata bərabər proqnoz göstəricisinin 100,4%-ni təşkil edir.

ƏDV yığımları proqnoz göstəricisinin 100%-ni və ya 1 090 074,6 mln manat, aksiz yığımları - 382 203,2 mln manat və ya 100,3%, gəlir vergisi - 1 060 140 mln manat və ya 102,7%, yeraltı sərvətlər vergisi - 213 754,4 mln manat və ya 69,2%, torpaq vergisi - 47 975,8 mln manat və ya 101,5%, əmlak vergisi - 129 034 mln manat və ya 102,4%, fiziki şəxslərdən tutulan gəlir vergisi - 1 021 791,1 mln manat və ya 122,8% (o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən tutulan gəlir vergisi - 19 614,7 mln manat), əmək haqqı vergisi - 1 002 176,4 mln manat, dövlət rüsumu - 116 233,9 mln manat və ya 130,5%, yol vergisi - 28 818 mln manat və ya 101,7%, sadələşdirilmiş vergi - 56 997,8 mln manat və ya 85,4%, digər daxilomalar isə 216 960,4 mln manat və ya proqnozun 100,4%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti