...

QARA DƏNİZ HÖVZƏSİ GƏMİ SAHİBLƏRİNİN BEYNƏLXALQ ASSOSİASİYASI ŞURASI İCLASININ YEKUNLARINA ƏSASƏN PROTOKOL İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2005 17:35 (UTC +04:00)

Qara dəniz hövzəsi gəmi sahiblərinin Beynəlxalq assosiasiyası (BİHSA) şurasının sentyabrın 21-də Bakıda keçirilən iclasının yekunlarına əsasən protokol imzalanıb.Bu barədə Trend ə assosiasiyanın üzvü olan Azərbaycan dövlət Xəzər dəniz gəmiçiliyində (KASPAR) bildirilib.

İclasın iştirakçıları assosiasiyanın adından RF nəqliyyat nazirliyinə gəmilərin RF daxili sularından keçməsi məsələsinin həll edilməsinə dair müraciət etmək haqqında qərar qəbul edib.Belə ki, bu problem nəinki Azərbaycan üçün, həm də digər ölkələr üçün mövcuddur.Həmçinin sənəddə BİHSA-nın 2006-cı ildə iş planı, maliyyə vəziyyəti və digər məsələlər öz əksini tapıb.İclasda Bolqarıstan, Ukrayna, Türkiyə, Azərbaycanın gəmi sahibləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti