...

QARADAQ CEMENT SEMENT M-400 PƏRAKƏNDƏ SATIŞ QİYMƏTİNİ 50 KQ ÜÇÜN $4,5 SƏVİYYƏSİNDƏ TÖVSİYƏ EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2005 17:55 (UTC +04:00)

Son zamanlar Azərbaycanda sementin pərakəndə satış qiyməti durmadan artır və hazırda 50 kq üçün 30 min manat ($6,5) səviyyəsindədir. Qaradaq Cement şirkətinin başçısı Uve Keller Trend ə bildirib ki, pərakəndə satış qiyməti şirkət tərəfindən tənzimlənmir.

"Sementin pərakəndə satış qiyməti sonuncu xırda satıcı tərəfindən qərarlaşdırılır və azad bazarla tənzimlənir.Bununla Qaradaq Cement yalnız qəbul edilən qiymətin səviyyəsini tövsiyə edə bilər.Hazırda biz xırda satıcılara 50 kq M-400 markasını 21 min manat ($4,5) səviyyəsində qərarlaşdırmağı tövsiyə edirik" -deyə o bildirib.

Beləliklə, Azərbaycanda sementin tövsiyə olunan qiyməti ilə real qiyməti arasındakı fərq 30% təşkil edir.

Xəbər lenti

Xəbər lenti