...

BÜTÜN NÖV NOMİNALDA ƏSKİNAS VƏ SİKKƏLƏRİN DİZAYNI HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2005 12:49 (UTC +04:00)

Denominasiya edilmiş Azərbaycan manatının bütün növ nominalda əskinas və sikkələrinin dizaynının işlənməsi prosesi başa çatıb. Azərbaycan Milli Bankının mətbuat katibi Kamran Nəzirlinin Trend ə bildirdiyinə görə, hazırda yeni manatın 6 növ əskinas və sikkələrinin dizaynı hazırdır.

Dizaynın eskizləri Azərbaycan prezidentinə təqdim olunub. Onların dizaynı "vahid ailə "yaratmağa imkan verəcək.

4 il müddətinə istifadə üçün 250 mln yeni nümunəli banknot və 155 mln sikkə sifariş etmək nəzərdə tutulur.

100,50,20,10,5 və 1 nominalda banknotlar və 1,3,5,10,20 və 50 qəpiklik sikkələr buraxmaq planlaşdırılır. 50 qəpiklik sikkə bimetallik, yəni ağ və sarı rənglərdə olacaq.

Milli bank artıq Avstriyanın Osterreicheichische Banknoten und Sicherheitsduck şirkətləri ilə denominasiya edilmiş yeni əskinas və sikkələrin çapı və kəsilməsi haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 16 mln avrodur.

Milli Bank qiymətlərin yeni miqyasda göstərilmə qaydalarını açıqlayıb.

Məlumata əsasən, 2005-ci i oktyabrın 1-dən bütün qiymətlər həm köhnə, həm də yeni miqyasda göstəriləcək. Onların hesablanması zamanı bütöv rəqəmlər alına bilməz.

0,5 qəpikdən aşağı rəqəm alındıqda qiymət azalmaya doğru yuvarlaşdırılacaq (53,4 qəpik 53 qəpik olacaq), 0,5-ə bərabər və ya ondan artıq rəqəm yarandıqda isə o, qiymətlərin artması əsas götürülərək yuvarlaqlaşdırılacaq (53,6 qəpik 54 qəpik olacaq)

Vergüldən (",") istifadə edildikdə qiymətlər manat və qəpiklə göstərilir, mindən istifadə edildikdə isə nöqtədən (".") istifadə olunur. Beləliklə, 10,50 manat on manat 50 qəpik, 25.500 manat isə iyirmi beş min 500 yüz manatdır.

Mal və xidmətlər

Köhnə qiymətlər, manatla

Qiymətlər denominasiya edilmiş miqyasda

Çörək

1000

20 qəpik

Şəkər tozu

2700

54 qəpik

Kərə yağı

18 000

3 manat 6 qəpik

Yumurta

10 ədəd - 4 000

80 qəpik

Mineral su

2000

40 qəpik

Gediş haqqı:

Avtobus

Metro

1000

250

20 qəpik

5 qəpik

Elektrik enerjisi

96

2 qəpik

Mal və xidmətlər

Köhnə qiymətlər, manatla

Qiymətlər denominasiya edilmiş miqyasda

Çörək

1000

20 qəpik

Şəkər tozu

2700

54 qəpik

Kərə yağı

18 000

3 manat 6 qəpik

Yumurta

10 ədəd - 4 000

80 qəpik

Mineral su

2000

40 qəpik

Gediş haqqı:

Avtobus

Metro

1000

250

20 qəpik

5 qəpik

Elektrik enerjisi

96

2 qəpik

Xəbər lenti

Xəbər lenti