...

OKTYABRIN SONUNDAN ETİBARƏN QƏND ZAVODUNUN TESTLƏŞDİRİLMƏSİ ÜÇÜN ÇUĞUNDUR TƏDARÜKÜNƏ BAŞLANILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2005 17:57 (UTC +04:00)

Oktyabrın sonundan etibarən Azərbaycanın İmişli rayonunda qənd zavodunun testləşdirilməsində istifadə üçün çuğundur tədarükünə başlanılacaq.Bu barədə Trend ə Azərsun Holding -də bildirilib.

Hazırda zavodun tikintisi 85% başa çatdırılıb, qalan işlərin gələn ay başa çatdırılması planlaşdırılır.Qənd zavodunun istismara verilməsi üç növbəli iş rejimində təxminən 1 min iş yerinin açılmasına imkan verəcək.Hazırda tikinti meydanında 1,5 min işçi işə cəlb edilib.

Layihənin dəyəri $75 mln.-dan çox təşkil edir.Zavodun gücü ildə 300 mln. ton qənd təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti