...

İXRAC VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDU İNFORMASİYA ŞİRKƏTİNİ QEYDİYYATA ALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 14:01 (UTC +04:00)

İxrac və İnvestisiyaların Təşviqi Fondunun ixrac informasiya mərkəzinin funksiyaların həyata keçirəcək şirkətin qeydiyyata alınması prosesini başa çatdırıb. Fondun rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, ayrıca informasiya strukturu kimi fəaliyyət göstərəcək şirkətin öz xərcini çıxaracağı planlaşlaşdırılır.

"Onun konsaltinq xidmətləri ödənişli olacaq. Lakin layihənin səmərəliliyini artırmaq üçün biz ödənişləri sövdələşmənin uğurla başa çatmasından sonra alınması sxemini tətbiq etməyi planlaşdırırıq. Bütün bunlar müştərilərimizə işimizin ciddi olmasını göstərmək məqsədilə həyata keçirilir ", - deyə E.Məcidov bildirib.

Şirkət ölkənin ixrac potensialı, digər ölkələrin bu və ya digər məhsula olan tələbatları, ixrac işlərinin həyata keçirilməsində qanunvericilik və standlartlarla tanışlıq və digər məsələlər barədə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti