...

ATIB VƏ ALMANİYA-AZƏRBAYCAN İQTİSADİ YARDIM İTTİFAQI ARASINDA ƏMƏKDAŞLIĞA DAİR PROTOKOL İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 15:00 (UTC +04:00)
ATIB  VƏ ALMANİYA-AZƏRBAYCAN İQTİSADİ YARDIM İTTİFAQI ARASINDA ƏMƏKDAŞLIĞA DAİR PROTOKOL İMZALANIB

Trend bildirir ki, sentyabrın 23-də Bakıda Azərbaycan-Türkiyə iş adamları Birliyi (ATIB) və Almaniya-Azərbaycan iqtisadi yardım İttifaqı arasında əməkdaşlığa dair protokol imzalanıb.Sənədi ATIB idarə heyətinin sədri Əhməd Erentok və İttifaqın idarə heyətinin sədri Rolf Lance imzalayıb.

Ə. Erentokun sözlərinə görə, protokola əsasən, tərəflər Azərbaycan, Türkiyə, və Almaniya şirkətləri arasında iqtisadi münasibətlərin genişləndiriliməsi, şirkətlərin Azərbaycandakı biznes mühitinin informasiya təminatına yardım etməsi, ölkəyə investisiya cəlb edilməsi üçün ildə bir dəfə konfransların keçirilməsi üzrə tədbirlər həyata keçirəcək. Protokol Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər iki tərəfdən 3 nəfərin qatıldığı tərkibdə müxtəlif komissiyaların yaradılmasını nəzərdə tutur.Bu tədbirlər çərçivsəində ölkəyə Almaniya texnologiyasını cəlb etmək və kreditlərlə təmin etmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti