...

ATA HOLDİNQ NİZAMNAMƏ KAPİTALINI 1,09 MLN DOLLARA ÇATDIRMAQ NİYYƏTİNDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 15:57 (UTC +04:00)

Ata Holdinq nizamnamə kapitalını 500 mlrd manata (Milli Bankın 23.09.2005-ci il tarixinə olan məzənnəsi üzrə $1,09 mln) çatdırmaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin sədri Əhməd Erentok bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi, müəssisənin nizamnamə kapitalı 300 mlrd manat olacaq.

Oktyabrda Şəkidə quşçuluq fabriki açılacaq və ayın sonuna kimi quşlar fabirkə gətiriləcək. Prezidentin regiona səfəri gedişində həm fabrikin, həm də ət-süd kombinatının açılışı olacaq", - deyə o qeyd edib.

Şirkətin sədri, həmçinin, 2006-cı ilin sonunda nizamnamə kapitalının həcminin 700-800 mlrd manat olma bilmə ehtimalını istina etməyib.

O bildirib ki, Ernst&Young ilə auditin keçirilməsi haqqında saziş imzalanıb. "Onlar holdinqin auditini keçirərək onun aktivlərini qiymətləndirəcəklər. Artıq bu sahədə işlərə başlanılıb və 3-4 ay ərzində biz şirkətin real bazar dəyərini açıqlaya bilərik", - deyə Ə.Erentok əlavə edib.

Onun sözlərinə görə, Ata Holdinq-in səhmlərinin buraxılması nəzərdə tutulub. "Gələn il emissiya keçiriləcək.

Biz İstambul və Londonun fond birjalarına 15% ölçüsündə səhmlər yerləşdirmək niyyətindəyik. Artıq Ata Security və Almaniyanın Keter şirkəti arasında BM-in yaradılması haqqında ilkin saziş imzalamışıq.

Biz bu sahədə çoxdan danışıqlar aparırdıq və və artıq saziş protokolu imzalayaraq Ata security-nin 49%-ni onlara satmışıq.

Bu, təhlükəsizlik sahəsində texnologiyanın bütün növləri ilə təmin olunmuş ən yaxşı firmalardan biri olacaq", - deyə şirkətin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti