...

2006-CI İLDƏ ALMANİYA SAHİBKARLARI BAKIYA SƏFƏR EDƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 16:36 (UTC +04:00)

2006-cı ildə Almaniya sahibkarları Bakıya səfər edəcəklər. Bu barədə Trend ə Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqının (DAWF) idarə heyətinin sədri Rolf Lance bildirib.

Onun sözlərinə görə, bu şirkətlər ölkənin infrastruktur layihələri ilə maraqlanırlar. Sentyabrın 25-27-də Baden Vürttemberqdən (AFR) işgüzar dairələrin nümayəndələri Bakıya gələcəklər. Missiyaya Baden-Vürttemberqin iqtisadiyyat nazirinin müavini Horst Mehrlender başçılıq edəcək.

Azərbaycana AFR-in müxtəlif işgüzar dairələrindən 15 nümayəndənin gələcəyi planlaşdırılır. Orta iş adamlarından ibarət belə nümayəndə heyəti Azərbaycana ilk dəfədir ki, gəlir. Almaniya şirkətləri Sumqayıtda buxar-qaz qurğusunun tikintisi, elektrik enerji ötürücü sistemlərinin reabilitasiyası kimi müxtəlif layihələrdə iştirak edir.

R.Lance Azərbaycandakı biznes iqlimini müsbət qiymətləndirsə də, burada investisiyaların qorunması və bu mühitin yaxşılaşdırılması üzrə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti