...

BAKIDA MDB ÖLKƏLƏRİ ANTİİNHİSAR SİYASƏTİ ÜZRƏ DÖVLƏTLƏRARASI ŞURASININ XXII İCLASI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 18:09 (UTC +04:00)

Sentyabrın 26-da Bakıda MDB ölkələri antiinhisar siyasəti üzrə Dövlətlərarası şurasının XXII iclası keçiriləcək.İqtisadi inkişaf Nazirliyində (İİN) Trend ə bildirilib ki, iclasda antiinhisar orqanlarının rəhbərləri iştirak edəcək.

Həmçinin sentyabrın 27-28-də İİN və BMT-nin ticarət və inkişaf Konfransı (UNCTAD) "İqtisadi keçid dövrünü yaşayan ölkələrdə BMT-nin minillik inkişafı nailiyyətlərinin əldə olunmasında rəqabət siyasətinin rolu" adlı Beynəlxalq konfrans keçirəcək.Tədbirin işində MDB ölkələrinin 100-dək nümayəndəsi, eləcə də dünyanın digər ölkələrindən və Azərbaycandan nümayəndələr iştirak edəcək.

Konfransda iqtisadi keçid dövrünü yaşayan ölkələrdə BMT-nin minillik inkişafı nailiyyətlərinin əldə olunması üçün tətbiq edilən rəqabət siyasəti, idarəetmənin formalaşdırılmasında və yoxsulluğun azaldılmasında rolu və s. məsələlər müzakirə olunacaq.

Bunlarla yanaşı, konfransda rəqabət hüquqlarının müdafiəsi sahəsində regional əməkdaşlıq və iqtisadi keçid dövrünü yaşayan ölkələrdə rəqabət siyasəti geniş müzakirə ediləcək və fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti