...

İSTAMBULDA TRACECA HÖKUMƏTLƏRARASI KOMİSSİYASINA ÜZV ÖLKƏLƏRİN İŞÇİ QRUPLARININ İCLASI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2005 13:58 (UTC +04:00)

Sentyabrın 26-27-də TRACECA hökumətlərarası komissiyasına üzv ölkələrin işçi qruplarının iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın komissiyadakı milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, iclasda növbəti 10-15 il üçün TRACECA hökumətlərarası komissiyanın strategiyasının müzakirəyə çıxarılacaq. "12 ölkənin Nəqliyyat və İqtisadi İnkişaf Nazirliklərinin nümayəndələrinin iştirak edəcəyi iclasda strategiyanın davamlılıq müddəti müəyyən olunacaq", - deyə A.Mustafayev qeyd edib.

"Biz hökumətləararsı komissiyanın 2006-cı ilin aprelində Sofiyada keçiriləcək növbəti iclasına qədər strategiyanı hazırlayaraq müzakirəyə çıxarmaq istəyirik", - deyə milli katib vurğulayıb.

Xəbər lenti

Xəbər lenti