...

NAXÇIVAN MR-DƏ 100 MİN TONA YAXIN TAXIL YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2005 15:12 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 99,1 min ton taxıl və paxlalı bitkilər yığılıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 12,2% və ya 10 800 ton çoxdur. NMR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, respublika üzrə 25773 ha sahədə taxıl əkilib, 25763 ha (99%) sahədən isə yığılıb.

Taxıl sahələri əvvəlki illə müqayisədə 11,3% və ya 2619 ha təşkil edib. Bu dövr ərzində məhsuldarlıq 0,8% və ya hər hektara görə 0,3 sentner olub.

Kənd təsərrüfatı bitkilərinin ümumi sahəsi təxminən 49 min hektardır. Onun 24 000 hektardan artıq sahəsində dənli bitkilər əkilir. Qarğıdalı 991 ha, texniki bitkilər 1759 ha, tərəvəz isə 5,7 min ha sahədə əkilib.

"Hazırda Naxçıvanda məhsul yığımı davam edir", - deyə nümayəndəlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti