...

DÜNYA BANKI MİSSİYASI AZƏRBAYCANIN NƏQLİYYAT NAZİRLİYİ İLƏ DANIŞIQLARA BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2005 13:14 (UTC +04:00)

Sentyabrın 26-da Dünya Bankının nəqliyyat missiyası Azərbaycanın Nəqliyyat Nazirliyi il danışıqlara başlayıb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib. Səfərin məqsədi nazirlik rəhbərliyi ilə nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində görülmüş işlər, aparılmış islahatlar, yolların tikintisi ilə bağlı müzakirələrdən ibarətdir. Missiyaya nəqliyyat üzrə bank eksperti Alive Leber rəhbərlik edir.

Nazirlikdən bildirilib ki, Ələt-Astara avtomobil yolunun tikintisi və bərpası layihəsinin inkişafı ətrafında da müzakirələr aparılacaq. Bu layihənin həyata keçirilməsinə $400 mln tələb olunur. Bu məbləğin 300 mln dolları Dünya bankı, $100 mln isə Azərbaycan (($60 mln) və İran ($40 mln) tərəfindən ayrılacaq. Lakin bir sıra beynəxalq maliyyə təşkilatları da layihənin maliyyələşdirilməsində maraqlıdır.

İİR artıq layihənin həyata keçirilməsi üçün $40 mln həcmində kredit ayırmağa razılıq verib.

Ələt-Astara magistralının uzunluğu 243 km-dir.

Xəbər lenti

Xəbər lenti