...

FİN BİZNESMENLƏRİNƏ İQTİSADİ LAYİHƏLƏRİN TAM PAKETİ TƏQDİM OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2005 16:07 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Təşkilatının Milli Konfederasiyası (STMK) sentyabrın 30-da Bakıda keçiriləcək Azərbaycan və Finlandiyanın iş adamlarının biznes forumunda fin biznesmenlərinə iqtisadi layihələrin tam paketini təqdim etmək niyyətindədirlər. Bu barədə Trend ə Azərbaycan STMK-dan məlumat verilib.

Azərbaycan tərəfi fin biznesmenlərinə aşağıda sahələr üzrə layihələr təqdim etməyə hazırlaşırlar: enerji sektoru, gəmiqayırma, sənaye, sərinləşdirici içkilərin hazırlanması, tikinti, nəqliyyat və s.

STMK-dan verilən məlumata görə, hazırda Azərbaycanda fin kapitalı ilə cəmi 10 şirkət fəaliyyət göstərir. Konfederasiyada belə hesab edirlər ki, biznes-forumun keçirilməsi iki ölkənin iqtisadi imkanları ilə yaxınedan tanış olmaq üçün yeni imkanlar açır. Tədbirdə hər iki tərəfdən olan işgüzar dairələri 150 nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, biznes forum Finlandiya prezidentinin sentyabrın 29-30-da Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti