...

AZƏRBAYCAN PARLAMENTİ VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLƏRİN EDİLMƏSİ LAYİHƏSİNİ ALACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2005 17:32 (UTC +04:00)

Azərbaycan hökuməti Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının rəhbəri Səttar Səfərovun Trend ə verdiyi məlumata görə, yaxın vaxtlarda ölkə parlamentinə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi layihəsi daxil olacaq.

"Hazırda 2006-cı ildən mənfəət vergisinə görə dərəcələrin 2% azaldılması barədə qərarın qəbul edilməsini nəzərdən keçirir. Beləliklə, onun səviyyəsi 24% -dən 22 %-ə endiriləcək. Fiziki şəxslərdən gəlir vergisinin ödənməsi cədvəlində də dəyişikliklər edilməsi də istisna edilmir ", - deyə S.Səfərov bildirib. Bundan əvvəl maliyyə naziri Əvəz Ələkbərov 2006-cı ildə verginin bu növünə görə dərəcələri 20 %-ə qədə endiriləcəyini bildirmişdi.

S.Səfərovun sözlərinə görə, vergi dərəcələrinin aşağı endirilməsi prosesinə həddən artıq ehtiyatla yanaşmaq lazımdır. "Bu kifayət qədər mürəkkəb məsələdir. Ona populist əhval-ruhiyyədən çıxış edərək yanaşmaq olmaz. Dərəcələrin aşağı endirilməsi zamanı büdcənin artım parametrlərini öyrənmək almaq lazımdır. Buna görə də dərəcələrin 2% aşağı düşməsi optimaldır. Müəssisənin yükü aşağı düşür, onun işini stimullaşdırır.

Xəbər lenti

Xəbər lenti